Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏLƏŞMƏK
qarş. 1. Hamı bir yerdə mələmək, səs-səsə verib mələmək. Qoyun-quzu mələşir. - Mələşmir sürülər, kişnəmir atlar; Niyəpərişandır halların, dağlar! Aşıq Ələsgər. Ürgələr oynaşır, atlar güləşir; Qoyunlar səs-səsə verib mələşir. S.Vurğun.
məc. Birlikdə ağlamaq, ağlaşmaq, ağızağıza verib ağlamaq. Qadınlar mələşirlər.
..Kərbəlayı Fərəcin evində uşaqları çörəkdən ötrü mələşirdilər. Çəmənzəminli.
məc. Fəryad etmək, ağlaşmaq, ağlamaq. Min il su-su deyib mələşən çöllər; Indi öz donunu lalədən biçər. S.Vurğun. Eşqinə dəm tutub göylər mələşsin; Eşqin tarix olub əbədiləşsin. B.Vahabzadə.
□ İlanlar mələşən - susuz, çılpaq. Adamlarımızın zəhmət və iradəsi ilə ilanlar mələşən düzlərdə kanallar çəkildi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....