Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏLƏK
is. [ər.] 1. Dinə görə, Allahın göstəriş və əmrlərini yerinə yetirən, çox gözəl qadın surətində qeyri-maddi qanadlı bir məxluq; məlaikə. Mədhin oxur göy üzündə mələklər; Hər biri bir türfə nidayə düşər. M.V.Vidadi. Cənnətin hurisi, ərzin mələki; Yetişməz yüz çala əl-ayaq sənə. Q.Zakir. Ümid bağlamadın göydə mələkə; Dedin ki, yer qızı ondan gözəldir! S.Vurğun.
məc. Çox gözəl və ya məsum, xoşxasiyyət adam haqqında. Çöllər, təpələr doldu; Şən üzlü mələklərlə. A.Şaiq. // Mələkim şəklində - nəvazişlə müraciət. [Turxan bəy:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! H.Cavid. [Rüstəm:] Gözəl mələkim! Mən də fərağında məcnunam. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....