Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏQSƏD
is. [ər.] Əldə edilməyə, nail olmağa çalışılan, qəsd olunan şey; məram, niyyət, arzu. Məqsədə nail olmaq. - Qaldırdı əşk dün məni ol asitanədən; Kim, məqsədim mənim dəxi ol asitanədir. Füzuli. Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş, Zeynal bir fakt olaraq Mehribanı boşamışdı. S.Hüseyn. □ Məqsədə (...məqsədinə) düşmək - arzu etmək, ...niyyətində olmaq. Əlifba qəbul etmək məqsədinə düşmüş millət latın sistemini qoyub heç vədə ərəb sisteminə raqib olmaz. F.Ağazadə. Məqsədə (məqsədinə) yetmək (yetişmək, çatmaq) arzusuna nail olmaq, istədiyinə çatmaq, arzusu həyata keçmək. [Nigar:] Sərdar ölsə ələm yatar; Müxənnət məqsədə çatar. “Koroğlu” . Cuma məqsədə yetişmək ümidinin artdığını duyub düşündükcə daha çox qorxmağa başlayırdı. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....