Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
not found
MƏQAM
is. [ər.] 1. Yer, məkan. Pişxidmətbaşı və Xacə Mübarək çıxdılar, hər birisi öz məqamına getdi. M.F.Axundzadə. Mənimçin kəbeyi-kuyündə, ey gül, bir məqam olmaz. S.Ə.Şirvani. □ Məqam etmək (tutmaq)
klas. - yer tutmaq, məskən salmaq. Kim əski məqamımı unutdum; Sandım vətənim, məqam tutdum. Füzuli. Qoyma o dağılmışda məqam eyləsin oğlun! Sübhün belə viranədə şam eyləsin oğlun! M.Ə.Sabir. // Yer, münasibət. Məqamını bilmək (yerini bilmək). - Nə çığırbağır salırsan, yorulub usanmayırsan; Ədəb ilə öz məqamın tanıyıb dayanmayırsan. M.Ə.Sabir. [Hacı:] Siz öz məqamınızı bilirsiniz, ya yox? Ə.Haqverdiyev. // Dərəcə. ..Dünyada xeyir iş görməyən adam heç məqamındadır. Mir Cəlal.
Vaxt, zaman, çağ, münasibət. Elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr. C.Məmmədquluzadə. Ayrılıq məqamı halı pərişan; Qolunu boynuma salan yar hanı? Aşıq Məmməd. □ Məqam axtarmaq (güdmək) - fürsət aramaq, imkan axtarmaq. O yandan da məqam güdür talan olmuş fransızlar. S.Vurğun. Məqam tapmaq - fürsət tapmaq, fürsətdən istifadə etmək. Ürəyini boşaltmağa məqam tapdığı yerdə [Həmişəyevi] top gurultusu da susdura bilməzdi. B.Bayramov. Məqamı gəlmək - zamanı gəlmək, vaxtı çatmaq, yeri gəlmək, münasibəti olmaq. // Fürsət, münasibət, vaxt. Məqamdır, qoy desin nə həsrəti var. M.Rahim.
Vəzifə, rütbə, mənsəb, mərtəbə. Qubernator bizə bir neçə gözəl nəsihət elədi və bu da yadımdadı ki, dedi ki, kənd müəllimliyi bir ali məqamdır. C.Məmmədquluzadə. [İskəndər bəy:] Pərvərdigara, şükür, gündə min kərə şükür sənə ki, mən kimi yetimi bu məqama gətirdin. N.Vəzirov. Başını firladar tutduğu məqam; Guya heç tanımır səni bu adam. S.Rüstəm. □ Məqama çatmaq 1) ...nə (bir) məqama çatıb ki..., nə yerə çatıb ki... (bir şeyin son, ifrat həddini göstərir). [Axund:] A kişi, gör iş nə məqama çatıb ki, Qanqal Sadıq ilə Kaftar Tağı da uşaqlarını uşqolaya göndərirlər. Ə.Haqverdiyev; 2) mənsəb sahibi olmaq, böyük vəzifəyə çatmaq.
Hal, vəziyyət. Bu məqamda Ədhəmin hər bir xahişinə əməl etmək Nailə üçün əbədi bir səadət, bir ürək rahatlığı idi. Mir Cəlal.
kit. rəs. Bir-birinə tabe olan idarə orqanları sistemində müəyyən pillə təşkil edən inzibati və ya başqa idarə. Ali məqamlara müraciət etmək.
klas. bax muğam 1-ci mənada. Rast məqamı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....