Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏİŞƏT
is. [ər.] 1. Ümumi yaşayış tərzi; yaşayış, yaşama, həyat. Kino məişətimizə möhkəm surətdə daxil olmuşdur. Yeni məişət uğrunda mübarizə. - [Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn. [Dərviş:] Dayı, bir az da qal, şəhər məişətinə isinişərsən. A.Divanbəyoğlu.
2. Dolanacaq, güzəran, zindəganlıq. Biz gərək səy edək məişət üçün; Sənətü kəsb üçün, ziraət üçün. S.Ə.Şirvani. Mirzənin məişəti ağır olduğundan məktəb nəzdində olan cəmiyyəti-xeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi. Ə.Haqverdiyev. □ Məişət keçirmək - güzəran keçirmək, həyat sürmək, dolanmaq. ..Bircə Usta Ağabala qədimliyində sabit qalıb, otuz il idi ki, bu qərar ilə məişət keçirirdi. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....