Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏXMƏRİ
sif [ər.] Məxmərə oxşar, məxmər kimi; zərif, yumşaq. Məxməri ot. Məxməri ormanlarda çiçək dərdiyin yerdə; Baxarsan, çiçəklər var, açar kölgəliklərdə. Ə.Cavad. □ Məxməri bənövşə bot. - bənövşənin bir növü. [Ceyran xala:] Gör nə qədər məxməri bənövşə əkmişəm? S.Rəhman. Məxməri çay - tünd, ətirli çay. Kərim .. məxməri çayı qabağına çəkdi. M.İbrahimov. [Qaçay:] Elə isə bir stəkan məxməri çaydan! - Oldu? Z.Xəlil.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....