Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏHZUN
sif. [ər.] Hüznlü, həzin, kədərli, qəmli, məlul, dərdli. Hüsaməddin baş endirib durdu, Qətibə isə qara və məhzun baxışlı gözlərini ona tərəf çevirdi. M.S.Ordubadi. [Dərviş:] Ruqiyyə məlul və məhzun (z.) evə getdi. A.Divanbəyoğlu. Qız məhzun baxışlarını [Aqilin] üzündən çəkmədən yenə də başını yırğaladı. Q.İlkin. □ Məhzun etmək kədərləndirmək, qüssələndirmək. 0ad ikən bu söz ilə könlümü məhzun etdin. Füzuli. Gülməgində qanlı-qanlı giryələr; Hər müsəlman könlünü məhzun edər. A.Səhhət. Məhzun olmaq - qəmlənmək, kədərlənmək, qüssələnmək. Gördü nazik ayağın ol dilxun; Tutulub könlü, oldu çox məhzun. S.Ə.Şirvani.
məhzun-məhzun zərf Kədərli-kədərli, həzin-həzin; qüssəli, kədərli. ..Kölgə buyandan qaçıb, o biri tərəfdə lal-mat durub məhzun-məhzun Nadirin üzünə baxırdı. B.Talıblı. Qızarmış gözlər məhzun-məhzun intizarlı baxışlarla ətrafa nəzər yetirirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla