Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏHSULDAR
sif. [ər. məhsul və fars. ...dar] 1. Çox məhsul verən; məhsullu, münbit, bərəkətli. Məhsuldar torpaq. - Ucubucağı görünməyən .. məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov.
Çox bar verən; gəlirli, xeyirli. Məhsuldar çay növü. Məhsuldar arı cinsi. Qiymətli şeylər yaradan, istehsal edən. Məhsuldar əmək. // Çox məhsul istehsal edən, yaxşı işləyən. Məhsuldar fəhlə. - Ona elə gəlirdi ki, insanlar heç bir zaman indiki qədər məhsuldar (z.) işləməmişlər. Mir Cəlal.
məc. Çox əsər yazan, çox yaradan, yaradıcılıq məhsulu çox olan. Məhsuldar alim. Məhsuldar yazıçı.
dilç. İndi də işlənən, yeni sözlər düzəltmə imkanı verən. Məhsuldar şəkilçilər. Məhsuldar formalar.
□ Məhsuldar qüvvələr iqt. - maddi nemətlər istehsal etmək üçün alətlər və onları işlədib maddi nemətlər istehsal edən adamlar.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....