Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏHSUL
is. [ər.] 1. Torpaqda yetişdirilən taxıl, meyvə, tərəvəz və s. Məhsul yığımı. Buğda məhsulu. Üzüm məhsulu. Pambıq məhsulu. - Bahar yağıntılı keçdiyindən məhsul gözlənildiyindən qat-qat artıq olmuşdur. M.Rzaquluzadə. Indi məhsulun müqəddəratı əkini vaxtlı-vaxtında suvarmaqdan asılı idi. Ə.Sadıq.
Adətən cəm şəklində: məhsullar - istehsal edilən yeyiləcək və içiləcək şeylər, qida şeyləri. Süd məhsulları. Balıq məhsulları. Ət məhsulları.
Sənayenin hazırladığı müxtəlif şeylər. Fabrikin məhsulu. Məhsulun keyfiyyəti.
Bir şeyin törədiyi nəticə, bir şeyin nəticəsində hasil olan şey. Əsər gərgin əməyin məhsuludur. Insan mühitin məhsuludur. Qəhrəmanlıq bir xalqın mədəni və siyasi səviyyəsinin qiymətli məhsuludur. M.S.Ordubadi. □ Məhsul olmaq klas. - yetişmək, çatmaq, ələ gəlmək, hasil olmaq. Nə üçün biz verək bu barədə pul; Bizə bundan nə xeyir olur məhsul? S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....