Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏHƏLLƏ
is. [ər.] 1. Bir şəhər və ya qəsəbənin bölündüyü hissələrdən hər biri. Hər məhəllədən iki-üç nəfər adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib, [pirə] gedəcək idilər. N.Nərimanov. Şeyx Şəbanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi. Ə.Haqverdiyev. Nəcibə bizim məhəllədə gözədəyən qızlardan biridir. Mir Cəlal.
Şəhərin, iri binalar olan, kəsişən yollar və ya meydanlar arasında yerləşən hissəsi; kvartal. Nərimanov prospektinin 513-cü məhəlləsi. □ Məhəllə komitəsi - bir məhəllədə yaşayan əhali tərəfindən seçilən, təmizlik, mənzil, nizam-intizam, qayda və b. işlərə baxan ictimai təşkilat. Məhəllə komitəsinin qərarı. Məhəllə komitəsinin üzvü.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla