Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏHƏK
is. [ər.] Qızıl və gümüşün əyarını təyin edən bir cins daş. □ Məhək daşı 1) məhək; 2) məc. bir şeyin keyfiyyəti, dəyərini göstərən şey. Dil eyni zamanda şəxsiyyətin qabiliyyət və qanacaq dərəcəsini bildirən bir məhək daşıdır. M.İbrahimov. [Nəcəfalı:] Bəli, sözümün canı budur ki, məni qınasanız da, adamın məhək daşı işdir, vəzifədir. B.Bayramov. Məhəkdən çıxmaq 1) məhək daşı ilə yoxlanmaq, saflığı təyin edilmək. [Molla Həmid:] Otuz iki put iksiri.. otuz ikiput misə vurub xalis məhəkdən çıxmış gümüş edəcəkdir. M.F.Axundzadə; 2) məc. sınaqdan çıxmaq. Məhəkə vurmaq (çəkmək) - yoxlamaq, sınamaq, sınaqdan keçirmək. [Bəhram:] Hər bir işdə gənəşərkən; Qızıl kimi hər sözü mən; Tərəzidə çəkə-çəkə; Tez vururam bu məhəkə. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....