Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏHƏBBƏT
is. [ər.] 1. Eşq, sevgi, sevmə, sevişmə. Aralarında məhəbbət var. □ Məhəbbət bağlamaq (salmaq) - sevmək, vurulmaq, eşq yetirmək. İlk zamanlar körpə ilə
o qədər də maraqlanmayan ata yavaş-yavaş balasına məhəbbət saldı. Ə.Vəliyev.
Ürəkdən, fədakarcasına bağlılıq; sevgi, dostluq, sədaqət; mehribanlıq. Vətənə məhəbbət. Ana məhəbbəti. - [Mehribanın] çocuqlarına qarşı bəslədiyi məhəbbət onu məcbur edirdi ki, Zeynalın “işlərinə” qatlaşıb bir növ ilə keçinsin. S.Hüseyn. Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil! Mir Cəlal. □ Məhəbbət bağlamaq - ürəkdən bağlanmaq, sevmək, istəmək. [Piri baba:] ..Amma atanın qıza elə məhəbbət bağladığını görməmişəm. S.S.Axundov. Məhəbbət(ini) qazanmaq - yaxşı işi, rəftarı ilə özünə məhəbbət doğurmaq, özünü istətmək, özünü sevdirmək. Yoldaşların məhəbbətini qazanmaq. - ..Xalqın məhəbbətini qazandığımız bizim üçün böyük bir qələbədir. M.S.Ordubadi.
Bir şeyə sonsuz maraq; meyil, həvəs, istək. Musiqiyə məhəbbət. - Bəziləri belə güman eləyirlər ki, müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlayıb ki, uşaqlar başlayıblar Quran oxumağa. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....