Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏHARƏT
[ər.] is. Bir iş görməkdə ustalıq, bacarıq, qabiliyyət, hünər. ..Yandüdüyü çalmaqda əmioğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə xudayitaaladan qismət deyilmiş. C.Məmmədquluzadə. Hanı, göstər də bir cəsarətini; Görəlim barı son məharətini. H.Cavid. □ Məharət(ini) göstərmək - qabiliyyətini, bacarığını, hünərini göstərmək. Az bir zamanda Vaqif dövlət işlərində böyük məharət göstərib, bütün sarayda hörmət qazandı.. Çəmənzəminli. Yaz gəlib səpin başlananda Əli əsil ustalığını, məharətini göstərdi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....