Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏĞMUN
sif [ər.] 1. Aldanmış, zərər çəkmiş, uduzmuş, gözlədiyi şeydən əli çıxmış, məhrum olmuş. Böyük özünü aldanmış saydığı kimi, Məhərrəm də özünü məğmun hesab edirdi. Mir Cəlal. □ Məğmun etmək (eləmək) - zərərə salmaq, aldatmaq, gözlədiyi şeydən məhrum etmək. [Kərbəlayı Tapdıq] mənə kəbin kəsdi, hamısını içəri ötürdü, məni məğmun elədi. Mir Cəlal. Məğmun olmaq - aldanmaq, zərərə düşmək, uduzmaq, əli çıxmaq, gözlədiyi şeydən məhrum olmaq.
2. Aciz, bacarıqsız, əfəl, əlindən iş gəlməyən. Bəhlul da kənd uşağı deyilmi? O da sənin kimi utancaq, məğmunun biri idi. Mir Cəlal. □ Məğmun etmək (eləmək) - aciz etmək; məhrum etmək, əlindən almaq. Məni məğmun edib dövrü zamanım, nə edim? Hələ bir çet qəpiyə yoxdu gümanım, nə edim? Cabbarlı. Amma bağçılıq məsələsi bu il bizi bir balaca məğmun elədi. “Kirpi” . // Heç bir şeyi olmayan, hər şeydən məhrum. [Kəlbalı Mirzəyə:] Sənin arvadın vardır, bizim kimi məğmun deyilsən ki? S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....