Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏGƏR
[fars.] 1. əd. Sual məqamında işlənib, şübhə, inamsızlıq və ya təəccüb bildirir: olmaya, bəs, yoxsa (bəzən “ki” bağlayıcısı ilə işlədilir). Məgər sənin xəbərin yoxdur? Məgər o gəlməyəcək? - Məgər ki, aşiqin qəmin yeməzsən; Bu cövrü cəfadan sən inciməzsən. M.P.Vaqif. [Şərəfnisə xanım:] Uşağı yerə girsin. Dinc oturur məgər. M.F.Axundzadə. Ədalətlə deyin, mən; Yalan danışdım məgər? B.Vahabzadə.
2. bağl. Ancaq, fəqət. [Səfərəli:] ..Bu iş heç kimin işi deyil, məgər ki, Rəhimin. N.Vəzirov. [Hacı Rüstəmin] həmişə şüarı bu idi: fürsəti fövr eyləməz aqil, məgər nadan ola. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....