Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏFTUN
sif. [ər.] Vurğun, özünü unudacaq dərəcədə vurulmuş, eşqə giriftar. Kamran gözlərini Səidə xanıma zillədi, nə isə çox məftun baxışlarla onu süzməyə başladı. M.Hüseyn. □ Məftun etmək - özünü sevdirmək, özünə bənd etmək, aşiq etmək. Məftun olmaq - özünü unudacaq dərəcədə vurulmaq, sevmək. Sən gərçi olubsan ona məftun; Oldur tələbində səndən əfzun. Füzuli. // Son dərəcədə valeh, heyran. Xanım görmədiyi ölkənin xəyali gözəlliyinə məftun bir halda sözünə davam edirdi. Çəmənzəminli. Sizi bir elçimi göndərmiş bahar? Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli. □ Məftun etmək - valeh etmək, heyran etmək. Haman qız bütün səyahətçilərin qəlbini.. məftun etmişdi. M.S.Ordubadi. Yaman məftun etmiş onu bu əsər; Cəmilə oxuyur axşamdan bəri.
Vahabzadə. Məftun olmaq - heyran qalmaq, valeh olmaq. Məftun olaraq sevdim onu, heyrətə daldım. A.Şaiq. Bunları duyduqca, düşündükcə mən; Həyata, varlığa məftun oluram. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....