Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏƏTTƏL
is. [ər. müəttəl] 1. Gözləmə, intizar. Elə kəndlilər bu sözün məəttəli idi(lər). Qantəmir. [Vahid:] Elə bil anam bu suala məəttəl imiş. B.Bayramov. // Yubanma, intizarda olma. [Xannazir öz dəstəsinə:] Daha nəyin məəttəlisiniz, irəli! P.Makulu. □ Məəttəl etmək (eləmək) - yubatmaq, intizarda qoymaq, gözlətmək. [Qızın atası:] Gedin, tez başlayın,.. camaatı məəttəl eləməyin. S.Rəhman. Məəttəl olmaq - yubanmaq, gözləmək. [Ağa Salman:] Ümmidim budur ki, uzun iş olmasın. Yoxsa mənə çox məəttəl olmaq mümkün deyil! M.F.Axundzadə. [Katib:] Yox, bu saat gələr, məəttəl olmazsan. Ə.Haqverdiyev.
Təəccüblü, heyran. Mən onun işlərinə məəttələm. □ Məəttəl qalmaq - təəccüb etmək, çaşıb qalmaq, nə edəcəyini bilməmək, baş çıxarmamaq. ..Məəttəl qalmışam, bilmirəm, yazım, ya yox. C.Məmmədquluzadə. Nərgiz lap məəttəl qaldı. Ə.Məmmədxanlı. [Qarı nənə:] Gərək ona elə bir şey öyrədim ki, hamı məəttəl qalsın. M.Dilbazi.
İşsiz, boş, bikar. □ Məəttəl qalmaq çatışmayan bir şeyə görə bikar qalmaq, iş görə bilməmək, dayanıb durmaq. [Bəlli Əhməd:] Qırılıbdı sazım, məəttəl qalmışam; Usta qulun ollam, al, düzəlt sazı. “Koroğlu” . [Anam:] Sən bilmirsən ki, adam bəzən bir mismar üçün .. məəttəl qalır? Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....