Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏCNUN
sif və is. [ər.] 1. Dəli, divanə. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun. H.Cavid. □ Məcnun etmək - dəli etmək, divanə etmək. Məcnun olmaq - dəli olmaq, divanə olmaq. Məcnun olacaqsan bu təbiətlə nəhayət. H.Cavid.
məc. Aşiq, vurğun, dəlicəsinə vurulmuş. Hicrdə müttəsil ümmidi-visal ilə xoşam; Gəlməyib aləmə bir mən kimi məcnun aşiq. Q.Zakir. Niyə bu məcnunu etmiş fəramuş? Nədən ötrü olub biganə səndən? Nəbati.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....