Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏCBUR
sif. [ər.] Zorla bir işə sövq olunan, zorla bir işi görməli olan; naçar. [Yusif Sərrac:] ..Mən məcburəm ki, səltənətdən əl çəkib təxtü tacı bir kimsənəyə vagüzar edim. M.F.Axundzadə. Tərk etməyə amalını aləm hamı məcbur. A.Səhhət. □ Məcbur etmək - vadar etmək, zorla bir işi gördürmək. [Xədicə:] Hər kəsi özü ilə hesablaşmağı məcbur edərdi. S.Hüseyn. [Sevinc Mahmuda:] Səni məktəbdən qaçmağa məcbur edən tənbəllikdir. Z.Xəlil. Məcbur qalmaq - bax məcbur olmaq. Mənzil başına çatmadan tramvaydan düşməyə məcbur qaldım. Qantəmir. Məcbur olmaq - vadar olmaq, əlacsız qalaraq bir işi görməli olmaq, bir işi məcburən görmək. [Qız:] Bəlkə Şirmayı anasından qorxub həqiqəti gizlətməyə məcbur olmuşdur? M.Hüseyn. Ataş öz ata yurduna qaçmağa məcbur olmuşdu. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....