Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏBHUT
zərf [ər.] Heyran-heyran, çaşmış halda, heyrət içində. ..Qataryola düşdü və mən də məbhut onun gözdən itənədək dalınca baxdım. Ə.Haqverdiyev. □ Məbhut qalmaq - heyran qalmaq, təəccüblənmək, çaşıb qalmaq. [Dərviş:] Ox dəymiş şir kimi saçlarımı silkələyib, başımı yuxarı qaldırıb, məbhut bir halda qaldım. A.Divanbəyoğlu. ..Şəfiqənin mərmər kimi ay üzündə olan çökəklərini gördükdə Cəlil ağa məbhut qaldı və birdən-birə onu sevdi, aşiq oldu. Q.İlkin. Məbhut etmək - heyran etmək, heyrətdə qoymaq, təəccübləndirmək. Onların arasındakı intizam və başçılarına olan hörmət bizi məbhut etmişdi. M.İbrahimov. Məbhut olmaq - b ax məbhut qalmaq. Firidun maşından düşüb, göz işlədikcə uzanan bağa, güllüklərə və imarətlərə baxdıqda məbhut olub qaldı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....