İzahlı lüğət

MEHRİBANLIQ

is. Münasibətdə xoşluq, səmimilik, xoşrəftarlıq, dostluq, mehriban münasibət. Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm; Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm. M.P.Vaqif. Mehribanlıq beşiyimdir; Yerim bağça, yurdum bağdır; Alnım açıq, üzüm ağdır. S.Vurğun. Mehribanlıq etmək (qılmaq) - mehriban olmaq, səmimilik göstərmək, xoş münasibət göstərmək, yaxınlıq etmək. Çün ol sənə qıldı mehribanlıq; Yaxşılığa eyləmə yamanlıq. Füzuli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed