Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MEHR2
is. [ər. məhr] Köhnə məişətdə: evlənən kişi tərəfindən aldığı qadına - qıza nikahda talaq üçün təyin edilən pul; kəbin pulu. [Hacı Qəmbər:] Dilbər əgər artıq-əskik danışsa, mehrin qoyaram qabağına, deyərəm: - Xoş gəldin! N.Vəzirov. Xörəkdən, çörəkdən nə gəlsə yeyib-içib söz açarlar ki, “mehr nə qədər olacaqdır?” R.Əfəndiyev. Mehr kağızı köhn. - kəbin kağızı, əqd kağızı, nikah kağızı. Sarıqlı molla mehr kağızını qurtarmamış gözünü hərləyib içəri qapıya zillədi. Mir Cəlal. Mehr vermək köhn. kəbin pulunu verib boşamaq. Yasəmən onun evindən əl götürmək, yorucu əzabdan qurtarmaq istəyirdi, mehr vermək də Məhərrəm üçün imkansız idi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....