Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MEHR1
is. [fars.] klas. Sevgi, məhəbbət. Könlün xoş isə, təbəssüm eylə! Mehrin var isə, tərəhhüm eylə! Füzuli. Mənə ol mahimehrim yəqinimdir ki, ram olmaz; Dedim ki, mehri çıxmaz sinədən, ömrüm tamam olmaz. S.Ə.Şirvani. □ Mehr etmək - məhəbbət göstərmək, mehribanlıq göstərmək. Hər yanda bir məh olsa mənə mehriban idi; Mehr etməz idim sahibi-xanə yavaş-yavaş. Q.Zakir. Mehr(ini) salmaq - məhəbbətini salmaq, sevmək, ürək bağlamaq, əzizləmək. Qız daim ata evində qalmaz; Peyvəstə anaya mehr salmaz. Füzuli. Cuma, mehrini böyük oğlu Azada salmağa çalışmışdı. Ə.Əbülhəsən. Mehrini kəsmək - istədiyi adamdan soyumaq, üz döndərmək. Kəsmə məndən mehri, ey xurşid iqbal. Qövsi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....