Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MEDAL
[fr.] Xüsusi xidmətlərinə, yaxud əməkdə göstərdiyi rəşadətə görə verilən, üzərində hər hansı bir qabarıq təsvir və ya yazı olan fərqlənmə nişanı. “Əməkdə fərqlənməyə görə” medalı. - [Tarverdi:] ..Yalan olsa, mənə verən medalları Aslan bəyə verərsən. C.Cabbarlı. [Aslan] igid idi, sol döşünün üstündə bir medal vardı. Ə.Vəliyev. // Yüksək müvəffəqiyyətlərinə görə məktəbi bitirdikdə şagirdlərə, habelə müsabiqədə, yarışda, baxışda və s.-də fərqlənənlərə verilən belə nişan. Qızıl medal. Çempionluq medalı. Məktəbi medalla bitirmək. // Hər hansı tarixi hadisə və ya görkəmli xadimin xatirəsi münasibətilə hazırlanmış belə nişan. Füzuli yubileyinə həsr olunmuş medal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....