Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MATERİAL
[lat.] 1. Bir şey qayırmaq, istehsal etmək, qurmaq üçün işlədilən cisim, şey, maddə, ləvazimat, xammal. Tikinti materialı. - [Direktor:] Material var. Taxtaşalban göndəriblər. M.Hüseyn. Qum, çınqıl və başqa materiallar daşıyan onlarca yük avtomobillərinin alovlu gözləri parlayırdı. Ə.Sadıq. □ Sarğı materialı - yaranı sarımaq üçün tənzif, bint, pambıq.
Hər hansı bir şey üçün əsas, sübut ola bilən məxəz, məlumat, vəsait. Elmi tədqiqat materialları. // Hər hansı bir işə, məsələyə dair sənədlər, kağızlar, yazılar. Sübhanverdizadənin topladığı iki cild material Əbişin bağrını yarırdı. S.Rəhimov.
Düşmənçilik, qərəzkarlıq məqsədilə verilən yazılı məlumat. Səlim yüz cür böhtançı materiallarla Dilaranı məktəbdən.. qovdurdu. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....