Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MAŞIN
[fr. əsli lat.] 1.Enerjini bir şəkildən başqa şəklə salmaq yolu ilə hər hansı bir faydalı iş görən mexanizm və ya mexanizmlər toplusu. Hesablayıcı maşın. Çap maşını. Tikiş maşını. □ Yazı maşını - mətni çap etmək üçün dillər üzərində hərflər olan mexanizm. Vəkillər .. bu ərizələri və siyahıları maşında səliqə ilə çap eləyib, gətirib qoymuşdular Sərdarın qabağına. C.Məmmədquluzadə.
məc. Qeyri-iradi, mexaniki surətdə hərəkət edən adam haqqında. // məc. Mexanizm kimi fasiləsiz və dəqiq işləyən idarə, təşkilat və s. Dövlət maşını.
Hər hansı bir mexanizm vasitəsilə hərəkətə gətirilən nəqliyyat vasitəsi (əsasən avtomobil). Maşına minmək. Yük maşını. Minik maşını. - Şofer.. təsadüfən oradan keçən başqa bir maşınla geri qayıtmışdı. S.Hüseyn. // köhn. Dəmiryol qatarı. Maşın saat 5-də yola düşür.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....