Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

MAŞALLAH

[ər.] “Allah gözdən saxlasın” , “afərin” , “mərhəba” kimi mənalarda bəyənmə və tərif bildirir. [Mirzə:] Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır. Ə.Haqverdiyev. [Anası:] Oğlum axırda oxuyub nəçərnik olacaq. Maşallah, indidən elə nəçərnik kimi də dolanır. Qantəmir. // Bəzən istehza, kinayə məqamında işlənir. Maşallah, gecə-gündüz valimiz; Çalır fartapiyan, oynayır bilyart. Q.Zakir. Maşallah, söz danışana! Götürüb qarpız qabığını şappıltı ilə vurasan .. danışanın ağzından, ağzını yumsun, getsin işinə. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....