Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MASQARA
is. [ər.] İstehza, ələ salma, dolama, rişxənd, gülmə. Ancaq bəziləri masqara üçün sonralıqca vərdiş etdiklərindən [Süleyman bəyə] “Mirzə Süleyman bəy” deyirdilər. B.Talıblı. [Şah İsmayıl] yoldaşına kömək çıxaraq bir atalar sözünü kinayə ilə ortalığa atdı və masqara ilə hırıldadı.. Ə.Sadıq. □ Masqara etmək - istehza eləmək, ələ salmaq, araya qoymaq, dolamaq. Məktəbin tələbələri Hüseynin .. iri ayaqqabılarına masqara edib gülürdülər. S.Rəhimov. Masqaraya qoymaq - bax masqara etmək. “Molla Nəsrəddin” istixarəni masqaraya qoyub, ya şəriəta! C.Məmmədquluzadə. [Nazlı:] Görürsənmi, Cabbar əmi də səni masqaraya qoyur. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....