Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MARAQ
is. 1. Bir şeyə diqqət, bir şeyi bilmək, öyrənmək həvəsi, meyli, arzusu. Hələ Novruza və çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi. Çəmənzəminli. Bibixanımın üzündə bir maraq ifadəsi gəzdi. B.Bayramov. □ Maraq etmək (eləmək) - 1) bax maraqlanmaq; 2) təşviş etmək, narahat olmaq, düşünmək. Saraya girdisə o, etmə maraq; Var səbəb, fitnə-fəsad ondan iraq. A.Şaiq. Maraq göstərmək - həvəs göstərmək, maraqlanmaq. Şirmayı böyüklərin söhbətinə qulaq asmağa sonsuz bir maraq göstərirdi. M.Hüseyn. Maraq oyatmaq (doğurmaq) - həvəs oyatmaq, maraqlandırmaq. Məndə uşaqlıqdan folklora maraq oyadan Yusif əmi olmuşdur. A.Şaiq. Maraqdan düşmək - həvəsi qaçmaq, həvəsi getmək, daha maraqlanmamaq. Keçər aylar, keçər illər, yaz, ey Vaqif ömür azdır; Düşər bir gün laçın könlüm şeir, sənət marağından. S.Vurğun.
2. Maraqla şəklində zərf- maraqlanaraq, həvəs göstərərək, böyük həvəslə, şövqlə. Maraqla oxumaq. Maraqla baxmaq. Maraqla qulaq asmaq. - Tofiqlə bərabər quşlara maraqla tamaşa etməyə başladılar. M.Rzaquluzadə. Yoldan keçənlər heyrət və maraqla [Dürrəyə] baxırdılar. S.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....