Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MAN
is. dan. Eyib, nöqsan, kəsir. □ Man deyil - eyib deyil, nöqsan sayılmır. Kasıblıq man deyil. - Arvad alıb-boşamaq zəmanəmizdə man deyil və ən asan işlərin birisidir. E.Sultanov. Amerikada bu adətdir; Oğru olmaq man deyildir. R.Rza. □ Man etmək (eyləmək) - eyib tutmaq; eyibləmək; nöqsan bilmək. Sinə açıq, zülf pərişan, üz yara; Məni belə görən sənə man eylər. Aşıq Bəyim. Man tutmaq (bilmək, görmək) - bax man etmək (eyləmək). [Allahqulu:] Çimnaz xala, .. qələt eləmişəm, sən atanın goru, man görmə! Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla