Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MALALAMAQ
f. 1. Divara mala çəkmək; suvaqlamaq. Evi malalamaq.
Şumlanmış yerin kəsəklərini mala ilə əzmək, hamarlamaq. Şamama və onun yoldaşları tarlanı mükəmməl surətdə malalayıb üstündən ensiz zolaqlar çəkdilər. İ.Əfəndiyev.
məc. Üstünü örtmək, ört-basdır etmək, açmamaq, faş etməmək (sözün, işin, hadisənin və s.). [Odabaşı:] Belə danışıqlar ilə sözlərini malalayırdısa da, elə ürəklərə bir şəkk toxumu səpirdi. Ə.Haqverdiyev. ..Leylək Gəray ağa Cavanşirdə doğa biləcək hər hansı şübhəni malalamağa çalışdı. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....