Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MAL2
is. [ər.] 1. Qiyməti olan və cəmiyyətdə alğı-satqı yolu ilə paylaşdırılan əmək məhsulu; ümumiyyətlə, alver obyekti olan hər şey; əmtəə. Çoxişlənən mallar. - [Xortdan:] Dükanın içində beş-on manatlıq mal yoxdur. Ə.Haqverdiyev. Məscidin alçaq qapısından hamballar motal və başqa baqqal malları çıxarırdılar. Çəmənzəminli.
Parça, arşınmalı (çit, mahud, ipək və s.). [Hacı Qara:] Heç kəs malın üzünə baxmır. M.F.Axundzadə. Aslan əynindəki qara mahudpaltonu və eyni maldan tikilmiş şapkanı çıxararaq asılqana taxıb, Rüstəm kişi ilə üzüzə əyləşdi. M.Ibrahimov. Var-dövlət, sərvət; mal-əmlak. Dünyanın malı; Cahü cəlalı; Şövqü vüsalı; Bu balama qurban! (Layla). Əlli yol çapıllam, yüz yol talannam; Bir şey deyil dövlət, mal, incimərəm. Aşıq Ələsgər. Dəstədə olan adamların biri Mir Qasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə.
məc. vulq. Gözəşirin qadın (qız) haqqında. [Cahangir ağa:] Heç görürsən, bu Həsən kişinin qızı Gülnisə nə maldır? Ə.Haqverdiyev. [Qarı Xuramana:] Nə xanların malısan? S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....