Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MAKİNA
[lat.] 1.Bax maşın 1-ci mənada. Avtomobillərin, tramvayların, adam basmasın deyə, motorlarına bir makina qoyulmuş(dur). Çəmənzəminli. Dəmir makinalar hey çoxaldıqca; Qaldıq illər boyu ac da, işsiz də. S.Vurğun. Bir möhtəşəm makinə; Gur çayların zülfünə; Çəkməzmi darağını? M.Müşfiq.
2. köhn. Yazı maşını, maşınka. Makinada yazmaq. Məqaləni makinada çap etdirmək.
Saatlarla oturub makinanın dalında; Düzürsən vərəqlərə gələcək kitabları. S.Rüstəm. [Vahid:] Anam ağ, zərif barmaqlarını makinadan çəkdi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla