Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

MAİL

sif [ər.] 1. Hər hansı bir tərəfə əyilmiş; meyilli. Mail xətt. Mail səth. Mail divar.
Aşağı enən günəş də öz mail şüaları ilə gözləri qamaşdırırdı. Mir Cəlal.
Bir şeyə və ya bir kəsə meyli olan, istəyi, həvəsi olan. Insan insan ilə həmişə ülfət bağlamağa maildir, necə ki heyvan heyvan ilə. Məmmədquluzadə. □ Mail olmaq - bir şeyə həvəsi, meyli olmaq; ürəyi istəmək, qəlbi yapışmaq, bağlanmaq. // Meyil etmək. Amma mən bir yanda orucluq söhbəti düşəndə, çox mail oluram ki, küfr və nasəza danışam. C.Məmmədquluzadə.
Vurğun, sevən, istəyən. Mən mailəm sənin zənəxdanına; Halqa-halqa zülfipərişanına. M.P.Vaqif. Mailəm çeşmi-qəzalə; Olmuşam dərdə həvalə. Q.Zakir. □ Mail olmaq - vurulmaq, sevmək, istəmək. Gümüş kəmər bağlayıbdır belinə; Danışdıqca mail oldum dilinə. Xəstə Qasım. Bir ala gözlüyə mail olmuşam; Yarın qapısında sail olmuşam. Aşıq Rəcəb. Rəng bildirən sifətlərdən sonra gələrək, bənzər, çalar, oxşar, yaxın mənasında işlədilir. [Xədicə] rəngi bir qədər qaraya mail bir qız idi. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....