Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LÜTF
is. [ər.] klas. İltifat, mərhəmət: mehribanlıq, yumşaqlıq; xoş, alicənab münasibət. Vaqifhaqdan dilər lütfü kərəmlər; Belə yerdə duran, vallah, vərəmlər. M.P.Vaqif. [Pərviz xan:] Mərhəmətiniz artıq, lütfünüz ziyad, sayəniz kəm olmasın. M.S.Ordubadi. □ Lütf etmək (qılmaq) - 1) mərhəmət etmək, iltifat göstərmək, xeyirxahlıq etmək. Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dəstanə bax. M.V.Vidadi. Çün yar qılıb lütfünü kəm, hanı o həmdəm; Ta sülh qıla yar ilə Heyran arasında. Heyran xanım; 2) rəhm edib bağışlamaq, vermək. Ol gün ki, sənə xaliq edər lütfbir övlad; Olsun ürəyin şad! M.Ə.Sabir. // Köməklik, inayət, mərhəmət. [Hacı Qara:] Mən Allahın lütfü ilə yalnız onların iyirmisinin öhdəsindən gələrəm. M.F.Axundzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....