Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LÜT
sif. 1. Paltarını tamam çıxarmış; çılpaq, üryan. Lüt uşaq. - O halda ay çıxdı buludlar dalından; Gördü çöldə durmuş bir kişi lüt (z.), üryan. A.Səhhət. Zindanxanada dar ağacı quruldu. Zamanı lüt (z.) soyundurub dara çəkdilər. Çəmənzəminli. □ Lüt olmaq - soyunmaq, bütün paltarını çıxarmaq.
məc. Ağacsız, bitkisiz, quru. Lüt dağ. Lüt təpə. Lüt sahə. - Dağların hərəsi bir rəng çalır, çünki bunların eləsi var ki, meşələrlə örtülüblər, amma dağların əksəri lütdürlər. Məmmədquluzadə. // Xəzan olmuş, yarpaqları tökülmüş. Lüt ağac. - Ağacların çırpınan lüt budaqlarını qar tutub sakitləşdirmişdi. B.Bayramov.
məc. Yoxsul, kasıb, heç bir şeyi olmayan. Nəbinin ən yaxın dostu lüt Abış vəziyyətdən Nəbini xəbərdar edir. “Qaçaq Nəbi” . Kim deyər ki, lüt bir rəncbərə iş kəsməkdə qəza məhkəməsi bu qədər götür-qoy eləməli olacaq! Mir Cəlal. □ Lüt qoymaq - varyoxunu əlindən çıxartmaq; yoxsullaşdırmaq. Bura niyə adamın üzünə gülsün, ora adamı soyundurub lüt qoysun? S.Rəhimov. // İs. mənasında. Lütün biridir. - [Zeynəb Nadirə:] Nə görmüsən bu çolaq Məcidin evində, acın, lütün yanında. B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla