Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

LÜLƏ

is. 1. Odlu silahların gülləyə, mərmiyə lazımi istiqamət verən boruşəkilli hissəsi. Topun lüləsi. - Tüfəngin lüləsi həkimin böyrünə toxundu. M.Hüseyn. Karl .. avtomatın lüləsini yoxladı. Ə.Əbülhəsən.
Boru (silindr) şəklində yuvarlanmış, lülələnmiş şey. Kağız lüləsi. Bir lülə müşəmbə. - [Xortdan:] ..cibindən bir lülə kağız çıxardıb başladı onu oxuduqca açmağa. Ə.Haqverdiyev. Taxtapuşun qıraqlarından və borularından buz lülələri sallanmış, hava isə gömgöy göyərmişdi. S.Rəhimov. // Halqalar şəklində burulmuş şey. Saç lüləsi. Lülə sap.
anat. Qolda, qıçda: boru şəklində içiboş sümük. [Qəhrəman:] Sağ qolumun lüləsini sındırmışdı. H.Nəzərli.
Bax lüləkabab.
lülə-lülə sif. və zərf Lüləyə oxşar, lülə kimi, lülələr şəklində. Lülə-lülə buz. - Ağaclardan buz sallanıb lülə-lülə. R.Rza. Ağacların budaqları lülə-lülə qara bükülmüş, axar sular donmuşdu. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....