Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LÖVHƏ
is. [ər.] 1. Üzəri tabaşirlə yazıla bilən qara rəngli taxta; yazı taxtası. Sinfə lövhə asmaq. Lövhədə yazmaq. - [Aslan] tabaşiri götürüb lövhəyə cumur, tez-tez yazır-tökür, lövhə rəqəmlərlə dolur və ağarırdı. S.Rəhimov. □ Yazı (sinif) lövhəsi - sinifdə tabaşirlə yazmaq üçün qara rəngli lövhə; yazı taxtası. Müxtəlif məqsədlər üçün işlənən hamar səthli elastik metal və s. parçası. Sink lövhəsi.
Üstündə hər hansı bir müəssisənin, idarənin, təşkilatın adını, yaxud gördüyü işi bildirən yazı yazılmış taxta, metal və s. Hər gün yüzlərlə adam tanımadığı idarə və müəssisəni, küçəni lövhələr vasitəsilə tanıyır. // Bildiriş, elan taxtası. Çox qapılarda “işçi lazım deyil” deyə lövhələr asılmışdı. Çəmənzəminli. Parklarda, yay meydançalarında və kinolarda göstəriləcək repertuarlar elan lövhələrində müxtəlif rəngli hərflərlə yazılmışdı. S.Rəhimov. [Veys:] ..lövhələri, kağızları cırıb yerə tökməyə başladı. Ə.Əbülhəsən.
Şəkil, mənzərə şəkli, rəssamlıq əsəri, tablo. Kənd biçimli bir şəhərin; Lövhəsini çəkirəm mən. S.Vurğun. O biri otağa açılan hündür qapı üzərindən böyük bir lövhə asılmışdı. M.Hüseyn. // Mənzərə, təsvir. Kənd həyatında - təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardırl A.Şaiq. Süzdü rəssam ürəkaçan bu xoş lövhəni; Dedi: - Usta, halal olsun, cəld işləyirsən. Ə.Cəmil. Qırmızı lövhə - b a x şərəf lövhəsi. Şərəf lövhəsi - istehsalatda və s.-də işləri ilə fərqlənən ən yaxşı işçilərin adları və ya şəkilləri vurulan taxta. Tikintinin şərəf lövhəsində onun adının yanında gündə qazıdığı torpağın rəqəmini yazırdılar. Ə.Sadıq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....