Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

LÖVBƏR

is. dəniz. Gəmini və üzücü mayakları yerində saxlamaq üçün suya buraxılan zəncirə bağlanmış qarmaqlı metal ox. Nəhəng burnunu sahilə dayayıb lövbər atmış balıqçı gəmisindən Tahirin hər zaman eşitdiyi mahnı səsləri ucalırdı. M.Hüseyn. On dörd dənizdə lövbər salır bizim gəmilər; On dörd dənizdən əsən küləklə yırğalanır. Ə.Cəmil. 0 Lövbər(ini) salmaq (atmaq) - məskən salmaq, bir yerdə oturub qalmaq, bənd olmaq. [Molla Hüsü Sərdara:] Harda ki lövbər salıb oturublar, idarə düzəldiblər, ora da vurmaq lazımdır. M.İbrahimov. Lövbərini qaldırmaq zar. - oturduğu yerdən çox çətinliklə, istəməyə-istəməyə, ağır-ağır qalxmaq. Lövbərini qaldır, gedək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....