Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LOTULUQ
is. dan. Kələkbazlıq, fırıldaqçılıq, biclik, hiyləbazlıq. ..Amma indiyədək bizi qoymuyublar bir dərvişin hoqqabazlığını tənqid edək, bir mərsiyəxanın lotuluğunu tənqid edək. C.Məmmədquluzadə. [Rəsul:] Hər kəs bir lotuluqla çıxır meydana, camaatın qulağını kəsir. Ə.Haqverdiyev. □ Lotuluq eləmək - aldatmaq, kələk gəlmək, biclik eləmək, hiyləbazlıq etmək; // zarafat etmək, kələkbazlıq etmək. [Rüstəm bəy:] [Cavan oğlan] qızın öz dayısıdır. Səninlə lotuluq^ eləyibdir, sən də inanırsan. Ü.Hacıbəyov. Özünü lotuluğa qoymaq - özünü xəbərsiz kimi, bilməyən kimi göstərmək, lotuluq eləmək. [Molla:] Guya ki, bilmirsən nə olub?.. Özünü lotuluğa qoyma? “M.N.Lətif.”
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....