Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LOTU
sif. və is. [ər. dini əfsanəyə görə, öz əxlaq pozğunluğu və rəzalətlərinə görə, guya Allahın qəzəbinə keçərək məhv olmuş Lut adlı bir qövmün adından] 1. Fırıldaqla, kələklə, əyri yollarla baş girləyən adam; kələkbaz, hərif. Lotu dinməz-söyləməz .. gecəyarısı xəlvət gəzən iranlı məşədiləri kimi minbərdən züvüldəyib düşür yerə. C.Məmmədquluzadə. Bu qədər şeylər mənim, sən de, nəyin var, ay lotu? Ə.Nəzmi. [Əliqulu:] ..Mənə Tehran lotusu Səfdər deyərlər. S.S.Axundov. // Qeyri-ciddi adam, fırıldaqçı, cüvəllağı, tülüngü. Lotunun biridir.
Kefcil, hal əhli, əhli-kef. Görükür ki, qazı lotudu və yaxşı adamdı. C.Məmmədquluzadə. [Məşədi İbad:] ..Indi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin.. Hərgah belənçik qoysam, onda Şamaxı lotusuna oxşaram. Ü.Hacıbəyov.
dan. Qeyri-qanuni ər; aşna.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....