Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LOPA1
is. 1. Odunu alovlandırmaq və ya işıq yaratmaq üçün neft hopdurulub yumruladılmış əski, cındır, pilik, alışqan. Lopa qayırmaq.
Az-çox yuvarlaq, yumru, dairəvi (şəkildə) olan yumşaq şey. Qar lopası. Pambıq lopası. - [Budur], yenə məktəblərdən azad olub uşaqlar; Qarı görəcək sevinərlər, qar lopası oynarlar. A.Səhhət. Kəhər yerindən dördnala sıçrayıb, dırnağının altından palçıq lopaları səpələyə-səpələyə cumdu. M.İbrahimov. Ay doğdu, sakitləşən havada oynaşan qar lopaları gümüşü rəng aldı. B.Bayramov.
Qalın, yekə (bığ haqqında). Lopa bığ. Mürşüdoğlu özü bilmədən əlini lopa bığlarında gəzdirdi. S.Rəhimov. O, çəp gözünü qıyır, lopa bığlarının ucunu ağzına salıb gəmirir. Ə.Vəliyev. Qədimdə məşəl kimi yandırılan ucu xüsusi olaraq döyülüb lifləndirilmiş ağac şivi. [Ev sahibi] burada cavan şiv zirinc ağacından qırıb gətirər, ocaqda ütüb çəkiclə döyər, özü üçün lopa düzəldərdi. S.Rəhimov.
lopa-lopa zərf Lopalar şəklində; topatopa, parça-parça. Çöldə lopa-lopa qar yağırdı. Çəmənzəminli. Qar yağır lopa-lopa; Pəncərədən baxıram. R.Rza. Göydə lopalopa ağ buludparçaları üzür. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....