Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LOĞAZ
is. [ər.] 1. İstehza, rişxənd, masqara, ələ salma. □ Loğaz qoşmaq (oxumaq) - 1) rişxənd etmək, istehzalı sözlər demək, lağa (araya) qoymaq. [Nəcəfalı:] Keçmə bu aran tayfasının loğaz qoşmağından. B.Bayramov; 2) ağzına gələni danışmaq, boş-boş danışmaq. Loğaza qoymaq ələ salmaq, lağa qoymaq. Loğaza qoyulmaq - ələ salınmaq, masqaraya qoyulmaq. Moldayı, salmadı el dil boğaza; Eybi yox, gərçi qoyulduq loğaza. M.Ə.Sabir.
2. Uydurma, yalan; laf. [Zaman:] Indi odur qudurublar, hərəsinin ağzından bir loğaz çıxır! Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....