Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LƏYƏN
is. Müxtəlif ehtiyaclar - içində əl-üz və ya paltar yumaq, mürəbbə bişirmək və s. üçün istifadə edilən misdən və ya başqa materiallardan qayrılmış müxtəlif şəkilli dərin qab. [Molla] həmişə ətəyinin altında da bir ləyən gətirib, onu da plovla doldurub evə aparır. Ə.Haqverdiyev. Qapının yanında, ləyənin içində çoxlu təzəcə yuyulmuş paltar vardı. S.Rəhman. Sərvnaz qarı cəld su qızdırıb Nəcəfalı kişinin keyimiş ayaqlarını ləyənə saldı. B.Bayramov.
LƏYƏNÇƏ, LƏYƏNCİK is. Balaca ləyən, kiçik ləyən. Qoyun ətinin qiyməsi kiçik bir ləyənçədə dodaqbadodaq idi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....