Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

LƏTİF

sif. [ər.] 1. Yumşaq, mülayim, xoş. Yayın səfalı, lətif bir günü idi. S.Hüseyn. Peterburqun bəyaz gecələrinə məxsus lətif yaz havasını ləzzətlə udaraq, bir nəfər oğlan gedirdi. M.Hüseyn.
2. İncə, zərif, qəşəng. Çiyninə saldı bir lətif əba; Əlinə aldı bir zərif əsa. S.Ə.Şirvani. [Bəy:] Çox razıyam, - deyib əyləşdi və xanım da öz lətif əllərilə ona bir stəkan çay töküb verdi. Ə.Haqverdiyev
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....