Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

LƏNGİTMƏK

f 1. Gecikdirmək, yubatmaq, ləngiməsinə səbəb olmaq. Mən bir il də Zahidi ləngitdim. Mir Cəlal. Meşənin qatı kölgəsi elə bil səhərin açılmasını bir az da ləngitmək, ağacların mürgüləməsinə mane olan səhər mehinin qarşısını almaq, yarpaqların xışıldayıb quşları oyatmasına imkan vermək istəmirdi. İ.Şıxlı.
2. məc. Bir səbəbə görə bir şeyi vaxtında görüb qurtarmamaq, yaxud qəsdən vaxtını uzatmaq, təxirə salmaq. Işi ləngitmək. Sənədləri ləngitmək. Məktubu ləngitmək. - [Qoçəlinin] döyüş xasiyyətnaməsi olmadığından ərizəsini ləngitmək istəyirdilər. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....