Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

LƏNGİMƏK

f 1. Bir yerdə lazım olduğundan, yaxud bir səbəb üzündən artıq qalmaq, ilişib qalmaq. Iki günə getdi, bir həftə ləngidi. - [Çimnaz:] Oğul, Bakıda ləngimə ha! Ə.Əbülhəsən. Sona ilə kəsdikləri şərtə görə [Bəhram] rayonda bir aydan artıq ləngiməməli idi. Ə.Vəliyev.
Vaxtında gəlməmək, gecikmək, yubanmaq. [Səlimə:] Heç indiyədək belə ləngidiyi yox idi. Ə.Haqverdiyev. [Şirin:] Rüstəm bəy həmişə müəyyən vaxta neçə dəqiqə qalmış hazır olar, bəs görəsən, bu gün niyə ləngidi? Çəmənzəminli. [Hətəmov katibə:] Bazar ertəsi, bəlkə bir az ləngidim. B.Bayramov. // Dayanıb durmaq, dayanıb gözləmək, ayaq saxlamaq. Qapı ağzında ləngimək. - [Əhməd] lampanı yandırmadan qaranlıq otaqda xeyli ləngidi. S.Rəhimov.
məc. Geridə qalmaq, çatmamaq, dala qalmaq. Qaçay sevinirdi ki, mebel hardasa ləngiyir. Kimsə onu yola salmağı unudub. İ.Məlikzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....