Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LƏNG
[fars.] sif 1. Ağır, asta, yavaş; ağırtərpənən. Çox ləng adamdır! // Zərf mənasında. Ləng getmək. Ləng işləmək. Ləng danışmaq. - Onun gərdişində bir azca ləng var; Aləmə əyandı, görünür aşkar. Aşıq Ələsgər. Qara Kərəmoğlunun ağzından sözlər nisbətən ləng və soyuq çıxırdı. M.İbrahimov. [Yusif:] Siz çox ləng işləyirsiniz. S.Rəhman. Ləng olmaq - qəsdən yubanmaq, bənd olmaq, dayanıb gözləmək, ilişmək. Bir bəhanə ilə beş-on dəqiqə [həyətdə] ləng olub, oğru adam kimi yavaşca çıxdıq darvazaya tərəf C.Məmmədquluzadə. [Sona:] Bağışlayın, yolda bir qədər ləng oldum. H.Nəzərli. Ləngə düşmək - gecikmək, yubanmaq, dolaşığa düşmək. Bir fəqirin işi düşüb ləngə; Gəlmiş idi zəmanədən təngə. S.Ə.Şirvani. Bağlıdır yol, görürsən, qafilə düşmüş ləngə. M.Möcüz. [Bayram kişi:] Ancaq el gücü yaddan çıxıbdır, yəni yaddan çıxmayıb ha, bir azca ləngə düşübdür. M.Rzaquluzadə. Ləngə salmaq - yubatmaq, gecikdirmək. [Bəkir:] Qoşun ağır gedir, bizi ləngə salır. Ü.Hacıbəyov. [Hacı Qurban:] ..Qoyunun pulunu ləngə salıblar. Ona görə yazıq uşaq qayıdıb gələ bilməyir. N.Vəzirov.
2. Axsaq, topal. Ləng adam.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla