Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LƏNƏT
[ər.] 1. Dini etiqada görə Allahın mərhəmətindən məhrum olma, nifrin (adətən köməkçi feillərlə işlənir). □ Lənət damğası basmaq - lənətləndirmək. Lənət etmək (eləmək, oxumaq, yağdırmaq) - nifrin etmək, qarğımaq. Ürəyində ağrı, gözündə həsrət; O, lənət yağdırdı çərxi-dövrana. B.Vahabzadə.
□ Lənət sənə, kor şeytan!, lənət şeytana! - arzuedilməz bir hərəkətdən çəkinmək istərkən deyilən nida ifadəsi. [Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir. Necə ola bilər ki, onu məyus eləyim, lənət şeytana! Ü.Hacıbəyov. Belə-belə fikir Məşədi Əsgərin başına gəldikcə.. “lənət şeytana!” deyib başından çıxardırdı. S.M.Qənizadə. Xalıqverdi kişi özünü toxtatdı, ürəyində “lənət sənə, kor şeytan!” dedi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....