Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

LƏLƏ

is. 1. Keçmişdə kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsilə məşğul olan adam. [Qətibə xanım:] Səba xanım, özümü çox fəna hiss edirəm, Qutluğu lələsinə tapşırın. M.S.Ordubadi. Hacı Səmsam .. başqa mülkədarlar kimi oğlu üçün lələ saxlamırdı. P.Makulu.
2. Böyüyə, yaşlı kişilərə müraciət zamanı işlədilir. [Fərhad:] Eybi yoxdur, gəlin içəri, xoş gördük, lələlərim. Ə.Haqverdiyev. Lələ, səndən bir şey soruşacağam, gizləmə, doğrusunu söylə. S.S.Axundov. [Qədir:] Ay lələ, yavaş sürün!.. Mir Cəlal. // dan. Hörmət üçün özündən böyük adamın adına əlavə olunur. [Rəhim:] Rəhmətlik bəy mənə Rəhim lələ deyərdi. Ə.Haqverdiyev. [Məstan:] Qoy Tapdıq lələ .. qağamdan danışsın. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....